Dünya
Bu ölkə qarışdı: Çox sayda yaralı var

Argentinada həmkarlar ittifaqları, müxtəlif vətəndaş cəmiyyəti təşkilatları və futbol komandası azarkeşlərinin dəstəklədiyi hökumət əleyhinə etirazlar kəskin şəkildə davam edir.
Publika.az xəbər verir ki, paytaxt Buenos-Ayresin konqres meydanına toplaşan yüzlərlə etirazçı təhlükəsizlik qüvvələri ilə toqquşub.
Polisin bibər qazı ilə müdaxilə etdiyi hadisələrdə 1-i ağır olmaqla 20 nəfər yaralanıb, 103 nəfər isə nəzarətə alınıb. Əllərində pankartlar və lövhələr daşıyan nümayişçilər pensiyalar daxil, yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Prezident Xavyer Mileyin iqtisadi siyasətlərinə reaksiya verən həmkarlar ittifaqları tələblərinin yerinə yetirilməməsi halında etirazların intensivliyini artıracaqlarını bildiriblər.
Daxili təhlükəsizlik naziri Patrisiya Bullriç mətbuata açıqlamasında ictimai əmlaka ziyan vuran fəallara qarşı sərt tədbirlər görəcəklərini qeyd edib.
Roza

-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq
-
Dünya07:55
İsrailin ən böyük hava limanına ballistik raket atıldı