İt sahibini güllələyib xəstəxanalıq etdi
Bizi izləyin

Dünya

İt sahibini güllələyib xəstəxanalıq etdi

ABŞ-ın Tennessi ştatında iti tərəfindən silahla vurulan şəxs yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Memfisdə yaşayan Cerald Kirkvudun pitbul cinsi olan iti Oreo silahla oynayarkən tətiyi çəkərək sahibini güllələyib. Güllə sol ayağına dəyən Kirkvud xəstəxanaya aparılıb.

Polis istintaq çərçivəsində heç bir cinayət araşdırılmasının aparılmayacağını, hadisənin tamamən qəza nəticəsində baş verdiyini bildirib.

Hadisədən sonra polis silah təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm