Trampdan sonra o da mesaj göndərdi: "Kanada 51-ci ştatımız olmalıdır"
Bizi izləyin

Dünya

Trampdan sonra o da mesaj göndərdi: "Kanada 51-ci ştatımız olmalıdır"

ABŞ-ın ticarət naziri Hovard Lutnik Kanada və ABŞ iqtisadiyyatlarını birləşdirməyin yolu olduğunu iddia edib.

Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

Lutnik Kanadanın 51-ci ştata çevrilməsinin Kanada və ABŞ iqtisadiyyatlarını inteqrasiya etmək üçün ən yaxşı yol olduğunu bildirib.

O, Kanadanın Vaşinqton ilə işləməsini təklif edərək, ABŞ-ın 51-ci ştatı olmağın inanılmaz üstünlüklərini düşünməli olduqlarını bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da dəfələrlə Kanadanın 51-ci ştat kimi ABŞ-ın tərkibinə daxil edilməli olduğunu iddia edib. Kanadalıların da ABŞ-ın bir hissəsi olmaq istədiyini deyən Tramp, Kanadanın baş naziri Castin Trüdo üçün dəfələrlə “qubernator” ifadəsini işlədib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm