Tramp bu məşhur türkiyəli xanıma vəzifə verir - FOTO
Bizi izləyin

Dünya

Tramp bu məşhur türkiyəli xanıma vəzifə verir - FOTO

ABŞ prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində vəzifəyə gələ biləcək şəxslərin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

Məlumata görə, irəli sürülən isimlər arasında türkiyəli məşhur ürək cərrahı Mehmet Özün bacısı Seval Özün də adı var. O, ABŞ nəqliyyat nazirinin müavini vəzifəsinə namizəd göstərilib.

Seval Öz Massaçusets Texnologiya İnstitutunda (MIT) elektronika təhsili alıb. O, daha əvvəl “Google” və avtomobil nəhəngi “Continental”-da yüksək vəzifələrdə çalışıb.

Qeyd edək ki, Tramp daha əvvəl Mehmet Özü də federal səhiyyə xidmətləri “Medicare” və “Medicaid”in direktoru vəzifəsinə irəli sürmüşdü.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm