ABŞ Moskvanın tələblərini nəzərə alacaq? - Rusiyadan açıqlama
Bizi izləyin

Dünya

ABŞ Moskvanın tələblərini nəzərə alacaq? - Rusiyadan açıqlama

Rusiya prezidenti Vladimir Putinin xarici siyasət müşaviri Yuri Uşakov ABŞ-ın Ukraynadakı müharibə məsələsində təşəbbüsləri ilə bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Uşakov ABŞ-ın Ukrayna böhranının həlli üçün Rusiyanın tələblərini nəzərə alacağına ümid etdiklərini bildirib.

O qeyd edib ki, Rusiya öz milli maraqlarını və narahatlıqlarını nəzərə alan uzunmüddətli həll yolu istəyir: “Təklif olunan 30 günlük atəşkəs Ukrayna qüvvələri üçün müvəqqəti fasilədən başqa bir şey deyil. Rusiya və ABŞ Ukraynanın gələcəkdə NATO-ya üzv ola bilməyəcəyi mövzusunda həmfikirdirlər".

Kremlin sözçüsü Dmitri Peskov da ABŞ-ın Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə danışıqlara dair məlumatları çatdırmağa başladığını bəyan edib:

"Mövqeyimizi mətbuat vasitəsi ilə deyil, ikitərəfli təmaslarda məlumat aldıqdan sonra müəyyən edəcəyik".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm