Bu ölkə Rusiyanın milyardlarla dollarını UKRAYNAYA KÖÇÜRDÜ
Bizi izləyin

Dünya

Bu ölkə Rusiyanın milyardlarla dollarını UKRAYNAYA KÖÇÜRDÜ

Kanada Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (G7 ERA) təcili kredit proqramı çərçivəsində dondurulmuş Rusiya aktivlərindən Ukraynaya təxminən 1,7 milyard dollar köçürüb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal şəxsi "Telegram" kanalında məlumat verib.

"Ukrayna G7 ERA təşəbbüsü çərçivəsində 2,5 milyard Kanada dolları (təxminən 1,7 milyard dollar) alıb", - o qeyd edib.

Şmihalın sözlərinə görə, bu pullar dövlət büdcəsinin prioritet ehtiyaclarına yönəldiləcək. Ukraynanın baş naziri əlavə edib ki, bu, Kanadadan G7 ERA proqramına ümumilikdə 5 milyard Kanada dolları (təxminən 3,5 milyard dollar) ayıran ilk tranşdır.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya ilə gələcək danışıqlara Aİ-nin ona qarşı sanksiyaları və dondurulmuş aktivlərinin müzakirəsi daxil ola bilər . Kreml əvvəllər Qərbin dondurulmuş Rusiya aktivlərini ələ keçirmək cəhdlərini qeyri-qanuni adlandırıb və bu niyyətlərin reallaşacağı təqdirdə ciddi hüquqi nəticələrlə bağlı xəbərdarlıq edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm