“Üçlük” Pekində danışıqlara başladı: Nəyi müzakirə edirlər?
Bizi izləyin

Dünya

“Üçlük” Pekində danışıqlara başladı: Nəyi müzakirə edirlər?

Pekində Rusiya, İran və Çin xarici işlər nazirlərinin müavinlərinin görüşü başlayıb.

Publika.az xəbər verir ki, tərəflər İranın nüvə problemini və regional təşkilatlar çərçivəsində üç ölkə arasında əməkdaşlığı müzakirə edəcəklər. Bu bardə “RİA Novosti” məlumat yayıb.

İclasda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxu və İranın xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi iştirak edir.

Daha əvvəl Çin Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, “tərəflər İranın nüvə problemi və ümumi maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar”. İclasa Xarici İşlər Nazirinin icraçı müavini Ma Zhaoxunun sədrlik edəcəyi də daha əvvəl açıqlanmışdı.

Öz növbəsində Çinin xarici işlər naziri Vanq Yi əmin edib ki, Rusiya və Çin arasında dostluq dünyada baş verən dəyişikliklərdən asılı olmayaraq dəyişməz olaraq qalır. Onun sözlərinə görə, bu yol ölkələrin xalqlarının mənafeyinə daha çox uyğun gəlir, eyni zamanda inkişaf və tərəqqi meyillərinə cavab verir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm