Dünya
ABŞ-dan bu ölkə ilə bağlı şok qərar - Hərbi yardım kəsildi

Tramp administrasiyası Misir ordusuna hərbi yardımı kəsmək qərarı ilə bağlı Qahirəyə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, qeyri-rəsmi Misir nümayəndə heyəti bu yaxınlarda Vaşinqtona gedərək ABŞ-ın qərarının mümkün nəticələrini müzakirə edib.
Nümayəndə heyətində Ərəb Liqasının keçmiş baş katibi, Misirin keçmiş xarici işlər naziri və keçmiş sənaye naziri olub.
Misir rəsmiləri ABŞ administrasiyası ilə təmaslarında hərbi əməkdaşlığın vacibliyini vurğulayıblar. Həmçinin Misir ordusunun regional sabitliyi qorumaq məqsədi ilə hərəkət etdiyi bildirilib.
Heyət ABŞ rəsmilərinə fələstinlilərin Misir və ya İordaniyaya köçürülməsi planlarının təhlükələri barədə xəbərdarlıq edib: “Belə addımlar hər iki hökumətin sabitliyinə təhlükə yaradacaq”.
Sözügedən qərarın bu ildən etibarən qüvvəyə minməsi gözlənilir.
Qeyd edək ki, ABŞ təxminən 1,3 milyard dollarlıq illik hərbi yardımla Misir ordusunun müasirləşməsinə töhfə verirdi. Bu vəsait Amerika hərbi texnikasının alınmasına, şəxsi heyətin hazırlanmasına və hərbi infrastrukturun gücləndirilməsinə sərf edilib.
Roza

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır