Ögey anası 21 il onu əsir saxlayıb, xilas olmaq üçün... - Şok təfərrüat
Bizi izləyin

Dünya

Ögey anası 21 il onu əsir saxlayıb, xilas olmaq üçün... - Şok təfərrüat

ABŞ-da 32 yaşlı kişinin 11 yaşından bəri ögey anası Kimberli Sallivan tərəfindən əsir saxlanıldığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 17-də Sallivanın evində yanğın baş verməsi ilə üzə çıxıb. Yanğını söndürən şəxslər içəridə iki nəfərin olduğunu müəyyən edib. Onlardan biri evin sahibi 56 yaşlı Sallivan, digəri isə 32 yaşlı şəxsiyyəti açıqlanmayan kişi olub.

Həmin şəxsin son dərəcə zəif və yorğun görünüşü yanğınsöndürənlərin diqqətini çəkib. Məlum olub ki, o, illərlə zorakılığa, aclığa və pis rəftara məruz qalıb.

Araşdırma zamanı həmin şəxs bu vəziyyətdən qurtulmaq üçün yanğını qəsdən törətdiyini etiraf edib. Səlahiyyətlilər bildiriblər ki, zərərçəkənin otağı illər ərzində qıfıllarla möhkəmləndirilib və yaşı artdıqca onun hərəkətini çətinləşdirmək üçün təhlükəsizlik tədbirləri görülüb.

Sallivan adam oğurluğu, hücum, qeyri-insani rəftar və etinasızlıqda ittiham olunur. Lakin o, sözügedən iddiaları rədd edərək bütün günahın oğlanın atasında olduğunu iddia edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm