Dünya
İrandan ABŞ-ın yeni sanksiyalarına SƏRT REAKSİYA

İran ABŞ administrasiyasının neft naziri Möhsün Paknejad da daxil olmaqla şəxslər və şirkətlərə qarşı tətbiq etdiyi yeni sanksiyalara sərt reakisya verib.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi açıqlama verib.
O, ABŞ-ın qərarını pisləyərək bunu beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Bekayi amerikalı rəsmilərin danışıqlara hazır olduqlarına dair açıqlamalarına işarə edib:
"İrana qarşı yeni sanksiyalar ABŞ-ın qanunlara məhəl qoymadığının və danışıqlarla bağlı dediklərinin aldatmaqdan başqa bir şey olmadığının sübutudur. İran bu cür birtərəfli və qeyri-qanuni hərəkətlərin nəticələri və təsirlərinə görə ABŞ hökumətini səbəbkar görür”.
Sözçü vurğulayıb ki, ABŞ-ın İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa yönəlmiş hərəkətləri beynəlxalq prinsip və qaydaların açıq şəkildə pozulmasıdır.
Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi İranın neft naziri və İran neftini daşıyan gəmiləri idarə edən bəzi şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Roza

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır