Dünya
4 ildən sonra ilk: Tacikistan-Qırğızıstan uçuşları başlayır

Tacikistan və Qırğızıstan arasında təxminən 4 il əvvəl dayandırılan uçuş xidmətləri bərpa olunub.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Hava Limanları şirkətinin sözçüsü Alena Xomenko açıqlama verib.
O, Tacikistan hava yolu şirkəti “Somon Air”-ə məxsus Düşənbədən havaya qalxan təyyarənin Manas Beynəlxalq Hava Limanına uğurla eniş etdiyini bildirib.
Dünən Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstan prezidenti Sadır Japarovla imzalanan sərhəd sazişindən sonra Tacikistan prezidenti Emoməli Rəhmon bu gün Düşənbə-Bişkek-Düşənbə reyslərinin başlayacağını açıqlamışdı.
Qeyd edək ki, Düşənbə və Bişkek arasında uçuşlar 2021-ci ilin may ayında sərhəd mübahisəsi ilə bağlı iki ölkə arasında silahlı münaqişədən sonra Qırğızıstanın Tacikistan vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoyması səbəbindən dayandırılmışdı.
Roza

-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Rəsmi xronika11:46
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO