Dünya
Trampdan Üçüncü Dünya müharibəsi açıqlaması: 2 ölkənin adını çəkdi

ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə ziyarətindəki çıxışı zamanı Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Tramp Rusiya və Ukraynadan şad xəbərlər aldığını deyib.
"Bu gün Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlarımız oldu. Yaxşı xəbərlər aldım. Ukrayna atəşkəsi qəbul etdi və çətin olsa da, Rusiyanı razı sala bilərik. Yaxşı cavablar alırıq", - deyə o bildirib.
Tramp həmçinin keçmiş prezident Co Baydeni Ukraynadakı müharibəyə görə tənqid edib: "O, bizi heç vaxt Rusiya ilə məşğul etməli deyildi. Bayden heç vaxt bu müharibəyə icazə verməməli idi. Pulunuz çox olsa belə, siz özünüzdən çox böyük olan birinə toxunmamalısınız”.
ABŞ prezidenti hər gün təxminən 2 min gəncin müharibə səbəbindən həyatını itirdiyini qeyd edib:
"Bütün hadisələr 3-cü Dünya Müharibəsinə doğru gedirdi. İndi biz daha yaxşı vəziyyətdəyik. Bu, nüvə silahları və insanların haqqında heç bir şey bilmək istəməyəcəyi digər silah növləri səbəbindən bənzərsiz bir müharibə olardı".
Roza

-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi