Çin Rusiya neftinin idxalını məhdudlaşdırır: Moskvanın gəlirləri azalacaq
Bizi izləyin

Dünya

Çin Rusiya neftinin idxalını məhdudlaşdırır: Moskvanın gəlirləri azalacaq

Çinin iki neft şirkəti mart ayında Rusiyadan neft almağı dayandırıb, daha ikisi isə həcmlərini əhəmiyyətli dərəcədə azaldıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, dövlətə məxsus olan "Sinopec" və "Zhenhua Oil" mart ayında Rusiyadan neft alışını tamamilə dayandırıb, "PetroChina" və CNOOC isə həcmləri əhəmiyyətli dərəcədə azaldıb.

Qərar ABŞ-ın yanvarın 10-da “Qazprom Neft”, “Surqutnefteqaz”, sığortaçılar və 100-dən çox gəmiyə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar narahatlıqlarla bağlıdır.

Eyni zamanda, müstəqil Çin neft emalı zavodları həcmlərdəki azalmanı qismən ödəyiblər, lakin Rusiyanın ESPO neftinin qiymətləri ucuzlaşıb və bu, Moskvanın gəlirlərinə zərbə vurub.

Bəzi şirkətlər ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı gələcək tədarüklərə təsir edə biləcək mümkün razılaşmalar gözləyirlər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm