"Simpsonlar"ın daha bir proqnozu gerçəkləşdi - 4 ölkə eyni vaxtda bunu yaşadı
Bizi izləyin

Dünya

"Simpsonlar"ın daha bir proqnozu gerçəkləşdi - 4 ölkə eyni vaxtda bunu yaşadı

Gələcəklə bağlı verdiyi pronozlarla daim gündəmdə olan “Simpsonlar” cizgi serialı bu dəfə də diqqətləri öz üzərinə çəkib.

Publika.az xəbər verir ki, serialın 1998-ci il "Sprinqfildin son günü" bölümüdə şəhərin qəfildən qaranlığa qərq olduğu bir səhnə var.

"Elektrik enerjisindən məhrumiyyət" mövzusundan bəhs edən həmin epizodda təqvimlər 2025-ci ili göstərir.

2025-ci ilin ilk üç ayında Amerika və Asiya ölkələrində bu hal artıq yaşanıb. Fevralın 9-da Şri-Lankada meymunun transformatora girməsi nəticəsində ölkə işıqsız qalıb. 22 milyon insanın 24 saatdan çox işıqsız qaldığı hadisə sosial mediada böyük əks-səda doğurub.

Fevralın 26-da Çilidə elektrik enerjisinin kəsilməsi ölkəni qaranlığa qərq edib. Martın 15-də Kubada elektrik enerjisi kəsilib. Martın 17-də isə Panamada elektrik stansiyasında transformatorun partlaması nəticəsində ölkənin böyük bir hissəsi işıqsız qalıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm