ABŞ-dan İsrailin hücumlarına reaksiya: Artıq hərbi yardım yoxdur!
Bizi izləyin

Dünya

ABŞ-dan İsrailin hücumlarına reaksiya: Artıq hərbi yardım yoxdur!

ABŞ senatoru Berni Sanders Qəzzaya hücumları artırdığı üçün İsrailə daha hərbi yardım göstərməməyə çağırıb.

Publiak.az xəbər verir ki, Sanders bu barədə “X” hesabında yazıb.

"İsrailin baş naziri Benyamin Netanyahu iki həftədir ki, Qəzzaya qida, su və ya yanacaq buraxmaqdan imtina edib. İndi o, bombardmanlara başlayıb, yüzlərlə insanı öldürüb və Qəzzaya yenidən yaşamaq şansı verən atəşkəsi pozub. Artıq İsrailə hərbi yardım yoxdur", - deyə senator bildirib.

Eyni zamanda, ABŞ Konqresinin Fələstin əsilli yeganə üzvü Rəşidə Tlaib də İsraili sərt tənqid edib:

"İsrail aparteid rejimi Qəzzada hava hücumları təşkil edərək, yüzlərlə fələstinlini qətlə yetirərək soyqırımını bərpa edib. Bu hücumlar ərzaq, elektrik və yardımın tam blokadasından sonra həyata keçirilir. İsrail sanksiyalar və silah embarqosu tətbiq olunmayana qədər heç vaxt dayanmayacaq".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm