Dünya
İmamoğluna görə məhdudiyyət: İnsanlar sosial şəbəkələrə daxil ola bilmir

Martın 19-u səhər saatlarından etibarən Türkiyədə “X”, “Instagram”, “YouTube”, “WhatsApp” və “Facebook” kimi sosial media platformalarına daxil olmaqda problemlər yaranıb.
Publika.az xəbər verir ki, istifadəçilər tərəfindən platformalara giriş qadağasının tətbiq olunduğu kimi iddialar irəli sürülsə də, məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Mobil cihazlar vasitəsilə daxil olan istifadəçilərin giriş problemlərini daha intensiv yaşadığı, bəzi istifadəçilərin ümumiyyətlə hesablarına daxil ola bilmədikləri qeyd olunur.
Giriş problemlərinin yaşandığı saatlarda İstanbul Baş Prokurorluğu İBB sədri Əkrəm İmamoğlu və 100-dən çox şəxs haqqında həbs qərarı çıxarıb. İstintaq çərçivəsində İmamoğlunun evində polis axtarışı aparılıb, həmin müddət ərzində platformalara giriş problemlərinin olması diqqət çəkib.
Ekspertlər Türkiyədə zaman-zaman tətbiq edilən "throttling" (İnternet bağlantısı üzərində mövcud olan sürətin qəsdən aşağı düşürülməsi) üsulunun qüvvədə ola biləcəyini söyləyirlər.
Bu cür məhdudiyyətlər sosial mediada müəyyən xəbərlərin yayılmasının qarşısını almaq üçün istifadə oluna bilər.
Roza

-
İdman17:08
"Neftçi" Eminin qarşısına şərt qoydu: Ya bununla razılaşacaq, ya da gedəcək
-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
-
İdman11:42
Əfsanəvi Lobanovskinin Ronaldonu görməyə gözü yox idi: Səbəbi bəllidir