Dünya
21 Mart Türkiyədə Bahar və Qardaşlıq bayramı elan ediləcək

Novruz bayramı İstanbulun Haliç Konqres Mərkəzində təntənəli şəkildə qeyd olunub.
Publika.az xəbər verir ki, təntənəli bayram proqramında Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, diplomatik korpusun və Türkiyədəki türkdilli xalqların nümayəndələri, eləcə də Türk dövlətləri arasında ortaq fəaliyyət göstərən rəsmi qurumların rəhbərləri iştirak ediblər.
Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz tonqalını alovlandırması ilə başlayıb.
Mərasimin bədii hissəsində türkdilli xalqların, o cümlədən Azərbaycanın milli musiqiləri səsləndirilib, rəqsləri nümayiş etdirilib.
Tədbirdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan martın 21-nin ölkədə Baharın və Qardaşlığı Bayramı Günü kimi təsis ediləcəyini açıqlayıb və bu günün birliyin rəmzi kimi Türk Dövlətləri Təşkilatı nəzdində, birgə qeyd olunmasını təklif edəcəklərini deyib.

-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
-
Dünya23 Aprel 18:00
Süni intellekt İsaya da çatdı: Allahın "rəqəmsal oğlu" qiyamət günü ilə bağlı nə deyib?