Dünya
Turistlərin olduğu helikopter qar uçqunu altında qaldı: ölənlər var

İsveçin Kiruna bələdiyyəsində yerləşən Abisku Milli Parkında faciəli hadisə baş verib.
Publika.az xəbər verir ki, turistlərin olduğu helikopter qar uçqunu altında qalıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, iki nəfər həlak olub. Ölənlər İtaliya vətəndaşlarıdır.
Polis ehtiyatsızlıqdan ölümə və bədənə xəsarət yetirmə hadisələri ilə bağlı ilkin araşdırmalara başlayıb. Şübhəli şəxslərlə yanaşı, tur təşkil edən turizm şirkəti də araşdırmaya cəlb olunub.
Bundan əvvəl İsveçin “Naturvardsverket” Təbiəti Mühafizə Agentliyi ərazidə yüksək uçqun təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi. Faciədən cəmi bir gün əvvəl Abisku və Riksqrensen ətrafında altı qar uçqunu qeydə alınıb.

-
Region01:55
Zəlzələni 20 gün əvvəl təxmin edən professor DANIŞDI
-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım