Çin Ukraynaya sülhməramlılar göndərə bilər: Gizli məlumat
Bizi izləyin

Dünya

Çin Ukraynaya sülhməramlılar göndərə bilər: Gizli məlumat

Çinin Avropa İttifaqı (Aİ) ölkələri ilə Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etdiyi bildirilir.

Publika.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" Avropa diplomatlarına istinadən yazır.

“Brüsseldəki çinli diplomatlar belə bir addımın Avropa nöqteyi-nəzərindən düşünülə bilən və hətta arzuolunan olub-olmadığını araşdırıblar”, - deyə mənbələr bildiriblər.

"Die Welt"in mənbələri Parisdə Ukraynaya qoşun yeritmək üzrə “istəklilər koalisiyası”nın sammiti ərəfəsində elan ediblər ki, Çin sülhməramlıları Ukraynaya göndərilə bilər. Avropalı diplomatlar düşünür ki, Pekinin bu cür hərəkəti Rusiyanın Ukrayna ərazisinə xarici qoşunların yerləşdirilməsi ilə bağlı razılığına təsir göstərə bilər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm