Yunanıstandakı böhranla bağlı məzəli açıqlama
Bizi izləyin

Dünya

Yunanıstandakı böhranla bağlı məzəli açıqlama

Avrozona maliyyə nazirlərinin toplandığı Avro Qrupun rəhbəri və Lüksemburqun baş naziri Jan-Klod Yunkerin Yunanıstandakı maliyyə böhranı ilə bağlı məzəli açıqlama verib.

Publika.Az-ın məlumatına görə, nazir ölkədəki maliyyə böhranın səbəbkarı kimi Osmanlı imperiyasını göstərib.

Fransanın "Politique Internationale" jurnalına açıqlama verən Yunker Osmanlıdan qalma struktur problemlərinə toxunub:

"Yunan iqtisadiyyatının rəqabət baxımından çox vaxt itirdiyini və Fransa və Almaniyaya nisbətən az inkişaf etdiyini bilmək lazımdır. Yunan dostlarımızı incitmək istəmirəm, amma ortada bir sual var. Yunanıstan çox böyük dövlərdir, amma yunanlar çox zəif millətdir. Osmanlı işğalının keçmiş mirası olaraq vergi idarəsi işləmir, kadastr və ticarət qeydləri doğru şəkildə aparılmır. Bu əsas sistemdən yararlana bilməyən bir ölkədə özəlləşdirmə necə aparılacaq?

İspaniya və Portuqaliya üçün daha az narahatam. Bu iki ölkə də ağır vəziyyətdədirlər, Amma orada islahatları həyata keçirmək üçün ortaq siyasi birlik var və idarəçilik baxımından dövlət daha güclüdür".

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm