Türkiyə İsrailə: “Əxlaqlı deyil...“ dedi
Bizi izləyin

Dünya

Türkiyə İsrailə: “Əxlaqlı deyil...“ dedi

Blokadada olan Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisində zərər çəkmişlərə İsrail hökuməti 6 milyon dollar təzminat ödəmək və üzr istəmək təklifini göndərib. Publika. Az-ın məlumatına görə, zərər çəkmişlərin vəkili Ramazan Arıtürk: "Bu, əxlaqi deyil" cavabını verib.

Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə 31 may 2010-cu ildə İsrail hərbi dəniz qüvvələri basqın edib. Nəticədə 9 Türkiyə vətəndaşı həlak olub, xeyli insan yaralanıb.

Basqında ölənlərin ailələrini və yaralananları təmsil edən vəkil Ramazan Arıtürk "Habertürk"ə deyib ki, İsrail hökuməti təxminən 1 ay əvvəl bir səfir vasitəsilə bu təklifi təqdim edib.

Vəkilin cavabı belə olub: "Biz Türkiyə dövlətini kənarda saxlamaqla edilən belə bir təklifi qətiyyən qəbul edə bilmərik, təklif əxlaqi baxımdan doğru deyil".

Vəkil İsarilin təklifinə verdikləri cavabı Türkiyə Xarici İşlər Nazirliyinə çatdırıb: "Nazirlikdə cavabımızı məqbul hesab etdilər, təşəkkürlərini bildirdilər".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm