Dünya
İran səfirliyindən açıqlama; Milli Məclisdən sərt münasibət
İran səfirliyi, səfirin geri çağırılması barədə rəsmi açıqlama yayıb. Bu barədə səfirliyin ictimaiyyətlə əlaqələr bölməsindən Publika.Az-a daxil olan məlumatda bildirilir.
Məlumatda görə, İran İslam Respublikasının Azərbaycan
Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili cənab seyyid
Əhməd Neməti bildirib ki, Dini müqəddəslər təhqir olunduğuna
görə, cənab səfirMəhəmmədbağır Bəhrami lazımi
məsləhətləşmələrin aparılması üçün dünən axşam ( 21 may 2012-ci il
tarixində) Bakıdan Tehrana yola düşüb.
Bu arada Azərbaycan Parlamenti İran səfirinin geri çağırılmasına
münasibət bildirib. Bu barədə Publika.Az "Mediaforum"-a istinadən
xəbər verir.
Məlumatda bildirilir ki, mayın 22-də Milli Məclisin iclasında çıxış
edən, hakim Yeni Azərbaycan Partiyasından deputat Mübariz
Qurbanlı Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsinə
toxunaraq deyib: “Çox təəssüf ki, bəzi dairələr - erməni lobbisi və
İrandakı dairələr bunun əleyhinə gedirlər. İranda anti-Azərbaycan
mitinqi təşkilı edənləri pisləyirəm. Adında islam sözünü daşıyan
ölkə müsəlmanların qanını içən Ermənistanla dostluq eləməməli idi,
amma elədi. Bu baxımdan hesab edirəm ki, Azərbaycandakı vətənpərvər
gənclərin də Bakıda İran səfirliyi qarşısında keçirdiyi mitinqdə
böyük həqiqət var.
İşğalçı ölkə ilə həmkar olan İran bu gün bölgənin təhlükəsizliyini
tamamilə təhlükə altına alıb. Tehranın bu hərəkəti İranla
imzaladığımız sənədlərə də ziddir. Elədikləri azmış kimi İran
Azərbaycandakı səfirini də geri çağırır. Səfirin bu şəkildə geri
çağırılması da münasibətlərimiz üçün xoşagələn deyil”.
“Media forum” saytının məlumatına görə, deputat Qənirə
Paşayeva da söz alaraq bildirib ki, İran tərəfi Azərbaycanın
daxili işlərinə qarışmaqda davam edir: “İranda “Avroviziya” mahnı
müsabiqəsinin islam dini əleyhinə olmasını deyənlər Şuşanın
ermənilər tərəfindən işğal olunmasının 20 illiyi ilə bağlı heç
reaksiya bildirmədilər. Din pərdəsi arxasında bəyanat verənlər
Şuşada müsəlmanların qətlə yetirilməsi, islam mədəniyyətinin məhv
edilməsi haqda heç bir bəyanat vermədilər. Heç bir dövlətin
Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur”.
"İranın səfirini qovmaq lazımdır"
Parlamentin 22 may iclasında danışan Milli Məclisin sədri Oqtay
Əsədov İrandan söz açıb.
“Media forum” saytının məlumatına görə, Oqtay Əsədov deyib: “İranda
başlanan təbliğat start götürməzdən qabaq bu haqda erməni
saytlarında anons verilir. Bir neçə il qabaq bir İran rəsmisi ilə
görüşdə soruşdum İran Konstitusiyasında bir bənd var ki, zəif
ölkələrə kömək etmək lazımdır, bu, Ermənistan üçün yazılıb? Cavab
verdilər ki, bu, “Quran”dan götürülüb. Soruşdum bəs onda müsəlman
ölkələri?”.
Bitərəf deputat Azay Quliyev çıxışında İranın öz
problemlərini həll etmək əvəzinə əsas hədəf kimi Azərbaycanı
seçdiyini bildirib: “Bu hal qəti şəkildə pislənməlidir. Bu gün ən
çox narahatlıq doğuran odur ki, Azərbaycana qarşı təbliğatda
Təbrizdə yaşayan azərbaycanlılardan istifadə etmək istəyi var. Mən
bütün Təbrizdəki bacı -qardaşlarıma səslənirəm ki, İran rejiminin
əlində alətə çevrilməsinlər”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş
Novruzov İranın azərbaycandakı səfirinin məsləhətləşmələr üçün
geri çağırıldığını deyərək qeyd edib ki, həmin səfirin
fəaliyyətində iki ölkə arasında sülh yaratmaq missiyası
görünmür.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət
Həsənquliyev qeyd edib ki, Tehran Bakını gey-paradın
keçirilməsi ilə ittiham edir, amma əgər gey-parad keçiriləcəksə,
elə İranda keçiriləcək: “İranda bir dövlət rəsmisi demişdi ki,
qızların 25 faizindən çoxu sulu qəlyan çəkir, həm də əksəri ailə
həyatı qurana qədər “ailə həyatı” yaşayır. Belələrinin Azərbaycana
əxlaq dərsi keçməyə haqqı yoxdur. Deyirlər ki, İran səfiri
Azərbaycanı tərk edib. Əslində İranın səfirini qovmaq
lazımdır”.
Publika.Az
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini qeyri-rəsmi həyat yoldaşı sifariş edib? - DETALLAR
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü