Nazir müavini 2 milyon rüşvətlə tutuldu - Video
Bizi izləyin

Dünya

Nazir müavini 2 milyon rüşvətlə tutuldu - Video

Qazaxıstanda müdafiə nazirinin müavini külli miqdarda rüşvət aldığı zaman həbs edilib. Avropa.info Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ölkənin müdafiə nazirinin müavini Baqdat Maykeyev 2 milyon dollar rüşvət aldığı üçün tutulub. Nazir müavininə rüşvəti iş adamları verib ki, onlara nazirliyinin tenderlərində onların iştirakına şərait yaratsın. General Astanadakı evinin qarşısında saxlanılıb.

B.Maykeyev bu vəzifəyə 2011-ci ildə təyin edilib və orduda dövlət sifariş alışı sahəsinə nəzarət edirdi.

Bu hadisə son bir ildə Qazaxıstanın Müdafiə Nazirliyində üçüncü qalmaqallı korrupsiya halıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm