ABŞ AKP-nin “çevriliş” iddialarını qəbul etmir
Bizi izləyin

Dünya

ABŞ AKP-nin “çevriliş” iddialarını qəbul etmir

Professor ABŞ Dövlət Departamenti sözçülərinin də “çevriliş” sözünə yer vermədiyini, əvəzində “vəzifəsindən sui-istifadə” ifadəsini işlətdiklərini diqqətə çatdırıb.

“AKP tərəfinfən “çevriliş” kimi təqdim edilən əməliyyatlarda Gülən camaatını ittiham edilməsinə ABŞ höküməti inanmır”.Publika.Az –ın İngiltərənin BBC xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Türkiyə üzrə mütəxəssisi, Lehigh Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin professor Henri Barkey söyləyib.

H.Barkey ABŞ hökümətinin qətiyyən çevriliş iddialarına inanmadığını bildirərək “Gülən hərəkatının Türkiyədə böyük nüfuza malik olduğunu qəbul etsək də, amerikalılar 12 illik bir iqtidarın hər xoşagəlməz hadisədə Güləni ittiham etməsini təəccüblə qarşılayır”, - deyib.

Professor ABŞ Dövlət Departamenti sözçülərinin də “çevriliş” sözünə yer vermədiyini, əvəzində “vəzifəsindən sui-istifadə” ifadəsini işlətdiklərini diqqətə çatdırıb.

Keçən həftə Vaşinqtonun nüfuzlu qurumların birində Türkiyə ilə bağlı toplantı keçirildiyini yazan BBC iclasda iştirak edən ABŞ rəsmilərinin ictimaiyyət qarşısında Türkiyədəki hadisələrlə bağlı fikir səsləndirməkdən imtina etdiklərini, lakin qapalı qapılar arxasında baş tutan görüşdə türkiyəli məsləkdaşlara xəbərdarlıq etdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm