Putinlə Avrasiya Birliyinə doğru
Bizi izləyin

Dünya

Putinlə Avrasiya Birliyinə doğru

Putinin xəyalında hələ də Avrasiya Birliyi və suprer güc olmaq var.

Marta keçirilən seçkilərdən sonra davam edən etiraz dalğalarına baxmayaraq, Putin hakimiyyəti ələ aldı.

Seçkilərdən öncə yazdığı məqaləsində Putin üçüncü prezidentlik dövrü ilə bağlı bəzi ip ucları vermişdi. Bunların arasında Rusiyanın yenidən ayağa qaldırılmasından sonra qlobal miqyasda təsirli ola biləcək SSRİ-nin yeni modeli Avrasiya Birliyi var.

ABŞ-da yayımlanan "The Miami Herald" qəzeti 8 may buraxılışında Putinin üçüncü dəfə prezident seçilməsi ilə bağlı məqalə dərc edib.

Qəzet Putinin üçüncü prezidentlik dövrü üçün and içməsi ilə birlikdə bu müddəti 18 ilə çatdıracağı, 4-cü prezidentlik dövrünü də udacağı halda 2024-cü ilə qədər Rusiyaya rəhbərlik edəcəyini yazıb.

Bildirib ki, üçüncü və dördüncü prezidentlik dövründə Putin hər zaman səsləndirdiyi Avrasiya Birliyini yaradaraq, Rusiyanı yeni güc etmək səylərini artıracaq.

Putinin Rusiya Federasiyasının statusunu yüksəltmək səylərinin ilk akkordları prezidentlik kürsüsünə əyləşdikdən sonra gəlməyə başladı.

Andiçmə mərasimindən sonra Amerikaya Rusiyanın daxili işlərinə qarışmaması və raketdən müdafiə sisteminin Rusiyaya qarşı istifadə olunmaması xəbərdarlığını edən Putin Qərblə gələcək münasibətləri ilə bağlı qeyri-adi addım atdı.

Rusiyada ingilis dilində yayımlanan "The Moscow Times" qəzeti Putinin bu addımını Qərbi və G-8-i ciddiyə almaması kimi dəyərləndirib. Qəzet Putinin Obamanın onu G-8 ölkələrinin zirvə toplantısına dəvətini rədd etməməsinin səbəbinin də məhz bu olduğunu bildirib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm