Dünya
Bu ölkədən Fransaya xəbərdarlıq: Sərt cavab verəcəyik

Əlcəzair 12 fransalı diplomatı ölkədən çıxarmaq qərarının Əlcəzair konsulluğunun əməkdaşının həbsinə cavab olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, bu qərar Əlcəzair konsulluğunun əməkdaşının Fransadakı həbsinə cavab olaraq qəbul edilib. Qeyd olunub ki, bu, diplomatik norma və təcrübələrin açıq şəkildə pozulmasıdır.
Bəyanatda Fransanın daxili işlər naziri Bruno Retaillo sərt şəkildə tənqid edilib: “Sırf şəxsi mənfəət üçün çirkli işlərə qarışıb, ən kiçik siyasi anlayışa malik deyil və Əlcəzair ilə Fransa arasında münasibətlərin gedəcəyi istiqamətə cavabdehdir”.
Həbs edilən əməkdaşın diplomatik toxunulmazlığa malik olduğu, lakin Fransa hakimiyyətinin onunla oğru kimi və ləyaqəti alçaldan şəkildə rəftar etdiyi qeyd edilib.
Vurğulanıb ki, Fransa daxili işlər nazirinin ölkənin suverenliyini pozan hər hansı bir sonrakı hərəkəti qarşılıqlı prinsipinə əsaslanan “sərt və uyğun” cavabla qarşılanacaq.
Qeyd edək ki, “Amir DZ” kimi tanınan dissident Əmir Buxorsun qaçırılması iddiası ilə əlaqədar aprelin 11-də Fransada konsulluq əməkdaşı da daxil olmaqla üç əlcəzairli saxlanılıb və Fransa ərazisində ağır cinayətlər törətmək ittihamı ilə həbs edilib. Aprelin 13-də Fransanın Əlcəzairdəki səfiri Stefan Romateti Xarici İşlər Nazirliyinə çağıran Əlcəzair Fransaya etiraz notası təqdim edib. Aprelin 14-də isə Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsi istənilib.
Roza

-
Dünya02:00
ABŞ ilə Ukrayna gözlənilən sazişi imzaladı
-
Qoroskop01:40
Günün qoroskopu: Macəra ruhu və optimizm sizi irəli aparacaq
-
Elm və təhsil00:35
Bu gündən məktəblərdə yaz tətili başlayır
-
Region30 Aprel 23:55
İrandakı partlayışda ölənlərin sayı 300 nəfərə çatdı
-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Dünya30 Aprel 19:55
Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
-
Sosial30 Aprel 18:50
Azərbaycanda ən çox tələb olunan 5 peşə
-
Hadisə30 Aprel 18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi