Dünya
Yunanıstanın 32 milyon avroluq raket təşəbbüsü: Hədəf Türkiyədir?

Yunanıstan Fransa ilə 32 milyon avro dəyərində yeni müdafiə müqaviləsi imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə yunan mətbuatı yazıb.
Bildirilib ki, müqavilə çərçivəsində Yunanıstanın Fransadan 16 ədəd “Exocet” tipli gəmi əleyhinə raket alacaq. Razılaşma Fransanın müdafiə naziri Sebastyan Lekornunun Afinaya səfəri zamanı rəsmiləşdirilib.
Bu addımın təkcə silah tədarükü prosesi deyil, həm də Fransanı Türkiyəyə "Meteor" raketləri satmaqdan çəkindirmək cəhdi olduğunu iddia edilib. Xüsusilə Fransanın Türkiyəyə müdafiə məhsulları satmasına qarşı çıxan Yunanıstanın bu alışlardan bir növ “strateji təzyiq vasitəsi” kimi istifadə etdiyi şərh edilib.
Yunanıstanın müdafiə naziri Nikos Dendiasın görüşləri zamanı fransalı həmkarına Türkiyəyə “Meteor” raketlərini satmamağa çağırış edib. O, Türkiyənin Avropa müdafiəsindən kənarda qalmalı olduğunu müdafiə edib:
"Yunanıstan Fransanın təkcə öz təhlükəsizliyini qorumaq üçün deyil, həm də revizionist güclərə qarşı çəkindirici vasitə kimi texnoloji üstünlüyünü qorumaq üçün qərarlar verməsini gözləyir”.
Roza

-
Hadisə14:05
Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
-
ABŞ13:25
Tramp pomidorun bahalaşmasına səbəb olacaq
-
Sosial12:55
Şərurlu İsfəndiyar oğlunun həbsindən danışdı
-
Dünya11:22
Zelenski Rusiyanı ittiham etdi: Pasxa atəşkəsini pozublar
-
Magazin110:24
Toyda yerə 200 min dollar səpiblər... - Əməkdar artist
-
İdman09:00
Qurban Qurbanov bu kluba yollana bilər
-
MDB08:12
Həştərxanda bağ evində DƏHŞƏT - 5 uşaq yanaraq öldü
-
Dünya06:16
Məşhur iş adamı Balidə itkin düşdü - FOTO