ABŞ-ın Çinə tətbiq etdiyi tariflərin məqsədi AÇIQLANDI
Bizi izləyin

Dünya

ABŞ-ın Çinə tətbiq etdiyi tariflərin məqsədi AÇIQLANDI

ABŞ-ın Çinə tətbiq etdiyi tariflərin məqsədi Çini beynəlxalq səviyyədə təcrid etməkdir.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

ABŞ-ın digər ölkələr üçün tariflərin qismən qaldırılması şərtinin Çinin onların iqtisadiyyatlarında iştirakının məhdudlaşdırılması olduğu bildirilib.

Aprelin 9-da Tramp ABŞ-ın 75-dən çox ölkəyə tətbiq etdiyi tarifləri 90 gün müddətinə dayandırıb. ABŞ, Trampın tarifləri dayandırmaqla Çinlə qarşıdurmada zəif nöqtəsini göstərdiyini söyləyib.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq edib. Dünya liderləri Trampın qərarını pisləyib və qisas alacağı ilə hədələyiblər.

Bu fonda ABŞ fond bazarı koronavirus pandemiyasının başlanğıcında görünən səviyyələrə qədər çöküb. Trampın tarifləri Avropanın müdafiə ehtiyatlarını da aşağı salıb. "Bloomberg"in məlumatına görə, dünyanın ən zəngin insanları ABŞ-ın tariflər tətbiq etməsindən sonra 208 milyard dollar itirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm