Çinin ABŞ-a yeni cavabı: Alışı dayandırın
Bizi izləyin

Dünya

Çinin ABŞ-a yeni cavabı: Alışı dayandırın

Çin ABŞ-ın 145 faiz gömrük rüsumları tətbiq etmək qərarına cavab olaraq yerli aviaşirkətlərə “Boeing” təyyarələrinin alınmasını dayandırmağı əmr edib.

Publika.az xəbər verir ki, bu barədə “The Economic Times” yazıb.

Bildirilib ki, Pekin administrasiyası Çin şirkətlərindən ABŞ istehsalı olan təyyarə hissələri və avadanlıqlarının alınmasını dayandırmağı tələb edib.

Eyni zamanda Çin hökuməti sözügedən qərarın mənfi təsirini minimuma endirmək üçün daha yüksək xərclərlə üzləşəcəyi gözlənilən aviaşirkətlərə yardım göstərmək yollarını qiymətləndirir.

Ekspertlər Çinin ən böyük hava yolları olan “Air China”, “China Eastern Airlines” və “China Southern Airlines”-ın 2025-2027-ci illər arasında müvafiq olaraq 45, 53 və 81 “Boeing” təyyarəsi almağı planlaşdırdığını xatırladıb. Onlar Çinin qərarının ABŞ-ın təyyarə istehsalçısının kommersiya göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini şərh ediblər.

Mövzu ilə bağlı “Boeing”-dən rəsmi açıqlama verilməyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm