Gizli eşq yaşayan qayınana və kürəkən canlı yayımda saxlanıldı - FOTO
Bizi izləyin

Dünya

Gizli eşq yaşayan qayınana və kürəkən canlı yayımda saxlanıldı - FOTO

Türkiyədə ATV kanalında yayımlanan "Esra Erol'da" proqramında ölkəni sarsıdan hadisə yaşanıb.

Publika.az xəbər verir ki, proqrama qatılan 25 yaşlı əqli qüsurlu Dilek 21 yaşlı nişanlısı Cumanın 47 yaşlı anası Güldane ilə birgə qaçdığını və ona zorakılıq etdiklərini iddia edib.

Onun açıqlamaları sosial mediada böyük əks-səda doğurub. Canlı yayım zamanı studiyaya gələn polis qrupları oğlanı və qayınanasını saxlayıb.

Eyni zamanda Cumanın fərari olduğu da ortaya çıxıb. Hər iki şəxs Dilekə qarşı zorakılıq və təhdid iddiaları ilə əlaqədar polis bölməsinə aparılıb. Hətta zəng vasitəsilə proqrama qoşulan bir izləyici Güldanənin Cumadan 3 aylıq hamilə olduğunu bildirib.

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) sözügedən hadisə ilə bağlı araşdırmaya başlayıb. RTÜK sədri Əbubəkir Şahin ailə quruluşu, uşaqların qorunması və ictimai dəyərlərlə bağlı yayım təşkilatlarının daha həssas və məsuliyyətli davranması lazım olduğunu vurğulayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm