İran ABŞ-la danışıqlara hazırdır: Nüvə sazişinin şərtləri açıqlandı
Bizi izləyin

Dünya

İran ABŞ-la danışıqlara hazırdır: Nüvə sazişinin şərtləri açıqlandı

İran ABŞ-la mümkün saziş üzrə danışıqlara başlamağa hazırdır, lakin Tehranın uranı zənginləşdirmək hüququ müzakirə olunmur.

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Uran zənginləşdirilməsi reallıqdır, qəbul edilmiş faktdır və biz potensial narahatlıqlara baxmayaraq, etimad yaratmağa hazırıq. Lakin uranın zənginləşdirilməsi məsələsi müzakirə edilə bilməz", - nazir bildirib.

Aprelin 12-də Omanda İran və ABŞ arasında dolayı danışıqlar baş tutub və bu danışıqlarda tərəflər vasitəçilər vasitəsilə fikir mübadiləsi aparıblar. Görüş iki saatdan çox davam edib.

"Vaşinqton və Tehran nüvə probleminin həllinin əsas məqamlarını və İrana qarşı sanksiyaların mümkün ləğvini müzakirə etmək üçün bir həftə sonra yenidən görüşməyi planlaşdırır. Eyni zamanda, Tehran çətin ki, uranın zənginləşdirilməsi səviyyəsini aşağı salsın, çünki ABŞ prezidenti Donald Tramp artıq 2018-ci ildə bu məsələ ilə bağlı razılaşmanı pozub", - nəşrin məlumatında bildirilir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm