Dünya
Bu, Türkiyənin dəniz yurisdiksiyasını pozur - Yunanıstana reaksiya

Yunanıstanın Avropa İttifaqı (Aİ) qanunvericiliyinə uyğun olaraq elan etdiyi “Dəniz Məkanlarının Planlaşdırılması” çərçivəsində Egey və Şərqi Aralıq dənizlərində göstərilən bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.
Açıqlamada Yunanıstanın birtərəfli addımları və iddialarının Türkiyə baxımından heç bir hüquqi nəticə doğurmayacağı bir daha vurğulanıb.
Türkiyə XİN Egey və Aralıq dənizi kimi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli addımlardan çəkinməyin zəruriliyini vurğulayıb. Eləcə də beynəlxalq dəniz hüququnun ətraf mühit məsələləri də daxil olmaqla, bu kimi dənizlərdə sahilyanı dövlətlər arasında əməkdaşlığı təşviq etdiyi və bu kontekstdə Türkiyənin Egey dənizində Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğu xatırladılıb.
Açıqlamada bildirilib ki, Türkiyə Yunanıstanla hər iki tərəfin münasibətlərində saxlamaq istədikləri mövqeyi əks etdirən, 2023-cü il dekabrın 7-də imzalanmış “Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsi” çərçivəsində, eləcə də beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq əsasında məsələlərin həlli üçün səmimi və əhatəli yanaşmanın qəbul edilməsi mövqeyini qoruyur. Türkiyə tərəfindən hazırlanan “Dəniz Məkanlarının Planlaşdırılması” sənədi həm UNESCO-ya, həm də BMT-nin aidiyyəti qurumlarına təqdim olunub.

-
ABŞ00:30
İlon Maskın BAŞI DƏRDDƏ - Qrup iddiası qaldırldı, "Tesla" avtomobillərində...
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onun cavabı sizi təəccübləndirə bilər
-
Sosial00:00
Şərurlu İsfəndiyarın oğlu HƏBS EDİLDİ
-
İdman19 Aprel 23:36
Millimizin üzvü evləndi - VİDEO
-
Magazin119 Aprel 23:24
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO
-
Hadisə19 Aprel 23:12
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
-
Elm və təhsil19 Aprel 22:36
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər
-
Magazin119 Aprel 22:00
"50 yaşında uşaq bezi oynadım?" - FOTO