Dünya
İrəvandan Moskvaya daha bir zərbə: Rusiyaya qarşı qətnaməni dəstəklədi

Ermənistan BMT Baş Assambleyasının Rusiyaya qarşı ittihamları ehtiva edən qətnaməsinə səs verib.
Publika.az xəbər verir ki, “Birləşmiş Millətlər Təşkilatı ilə regional və digər təşkilatlar arasında əməkdaşlıq: Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq” adlı sənəd lehinə 105, əleyhinə 9 ölkə, 33 ölkə bitərəf olmaqla qəbul edilib.
Azərbaycan və İsrail səsvermədə iştirak etməyib. ABŞ isə əleyhinə səs verib.
Qətnamənin preambulasında xüsusilə “Rusiyanın Ukrayna və Gürcüstana təcavüzündən” bəhs edilir.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Conatan Şrayer ABŞ-ın Avropa Şurasının insan hüquqlarının müdafiəsi və inkişaf etdirilməsi, demokratiyanın inkişafı və qanunun aliliyinin yüksəldilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini, lakin qətnamənin ABŞ-ın iki ölkə arasında sülhün əldə edilməsinə çalışdığı bir vaxtda faydasız olduğunu bildirib.
Tural

-
Sosial23:24
"TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm" - VİDEO
-
Səhiyyə23:12
Azərbaycanda cərraha yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
ABŞ22:40
Müəmmalı qara "CƏHƏNNƏM PORTALI": ABŞ səmasında nə baş verir? - VİDEO
-
Kriminal22:24
"Eşidib ki, inilti səsi gəlir" - Elgün İbrahimovun ölümünün ŞOK TƏFƏRRÜATI
-
Magazin121:50
Milyarderin aktrisa gəlini qatarda elə pozalar verdi ki... - FOTO
-
ABŞ21:40
Tramp İranı iflasa uğratmaqla HƏDƏLƏDİ
-
Nida Xəbər 21:30
Vüqar Süleymanov vəzifəsindən AZAD EDİLDİ
-
Sosial21:20
Məşhur aparıcının adından pul qazanan şəxs ifşa edildi - FOTO