Ukrayna və Rusiya sabah əsir mübadiləsi aparacaq
Bizi izləyin

Dünya

Ukrayna və Rusiya sabah əsir mübadiləsi aparacaq

Sabah Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi keçiriləcək.

Publika.az xəbər verir ki, 500-ə yaxın rus və ukraynalı əsir dəyişdiriləcək, onlardan 46-sı yaralıdır.

Qeyd olunub ki, bu mübadilə, münaqişə tərəflərinin əsir düşən hərbçilərlə bağlı tərəfdaşlıq və humanitar məsələlərdə irəliləyiş əldə etmələrinə bir addım daha yaxınlaşmalarını təmin edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm