Dünya
Onlar Beynəlxalq Kosmik Stansiyadan ÇIXARILDILAR

Göyərtəsində rus kosmonavtları Aleksey Ovçinin və İvan Vaqnerin, habelə amerikalı astronavt Donald Pettitin olduğu "Soyuz MS-26" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.
Publika.az xəbər verir ki, bu barədə “Roskosmos” dövlət korporasiyasının "Telegram"kanalında məlumat verilib .
““Soyuz MS-26” mühərrikinin Moskva vaxtı ilə saat 03:27-də orbitdən çıxması, onun Moskva vaxtı ilə saat 03:55-də hissələrə ayrılması, Moskva vaxtı ilə saat 03:58-də eniş aparatının atmosferin sıx təbəqələrinə daxil olması, əsas paraşütün isə Moskva vaxtı ilə saat 04:06-da işə salınması gözlənilir”, - deyə məlumatda bildirilir.
Roskosmos əlavə edib ki, kosmik gəminin Qazaxıstana enməsi Moskva vaxtı ilə saat 04:21-də planlaşdırılır .
Aprelin 19-da Moskva vaxtı ilə təxminən saat 22:00-da “Soyuz” və BKS arasında ötürmə körpüsü bağlanıb. Qalan BKS heyəti ilə vidalaşdıqdan sonra kosmonavtlar uçuş öncəsi hazırlıqlara başlayıblar: sızmaların yoxlanılması, skafandrların geyinilməsi və bort sistemlərinin sınaqdan keçirilməsi.
Hüseyn İbadlı

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma