Dünya
İmamoğlu xalqa çağırış etdi: Aprelin 23-dən bu tarixədək hər yerdə...

Vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni çağırış edib.
Publika.az xəbər verir ki, Silivri Həbsxanasında olan İmamoğlu sosial media hesabındakı paylaşımında aprelin 23-dən mayın 19-dək Türkiyə bayrağının bütün ölkə boyu dalğalanmasını istəyib.
“Əziz millətim, dəyərli vətəndaşlarım. Bu gün Silivridən sizə vacib bir çağırış etmək istəyirəm.
Ədalət, sülh, əmin-amanlıq və bərabərlik üçün,
Ədalətli istehsal edən, qazanan və paylaşan bir iqtisadiyyat üçün,
Təmiz ətraf mühit və münbit torpaqlar üçün,
Demokratiyamız və Respublikamız üçün,
Azad fikirli və vicdanlı nəsillər üçün,
Ən əsası uşaqlarımız, gənclərimiz, yəni gələcəyimiz üçün,
Aprelin 23-dən mayın 19-dək bir araya gəlin, evlərimizdə, iş yerlərimizdə, kəndlərimizdə, şəhərlərimizdə, maşınlarımızda, cib telefonlarımızda, bir sözlə, hər yerdə,
Ulduzu və ayparası ilə şanlı Türk bayrağımızı dalğalandıraq”, - İmamoğlu qeyd edib.
Roza

-
Magazin203:13
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
-
Magazin102:42
12 xalı bu ölkəyə verdik - VİDEO
-
Sosial01:11
Arzu Əliyeva Naxçıvan səfərindən VİDEO PAYLAŞDI
-
Art00:30
Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Risk edə bilərsiniz
-
Sosial00:00
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
-
Elm və təhsil17 May 22:12
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdılar - VİDEO
-
Magazin217 May 20:36
“Avroviziya”da erməni təxribatının qarşısı alındı