Dünya
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası

Papa Fransiskin ölümündən sonra 1139-cu ilə aid edilən və Müqəddəs Malaki tərəfindən yazıldığı iddia olunan “Papaların kəhanəti” kitabı yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, 1595-ci ildə Benediktin keşişi Arnold Vion tərəfindən Vatikanın məxfi arxivində aşkarlandığı iddia edilən kitabda 112 qısa və sirli cümlə var.
Bu cümlələrin hər birinin tarixdəki müxtəlif papaların xüsusiyyətlərinə aid olduğu düşünülür. Kitabın son bölməsi sonuncu papa olan “Romalı Pyotr” ifadəsi ilə diqqət çəkir.
Bəzi şərhçilər hesab edirlər ki, kitabdakı “Romalı Pyotr” ifadəsi Papa Fransiskdən sonra gələcək şəxsin simvolik adıdır. Digərləri isə Papa Fransisin sağlamlıq vəziyyətinə görə bu titulu təmsil etdiyini və onun "sonuncu Papa" ola biləcəyini iddia edir.
Həmçinin, kitabın fərqli şərhlərinə görə, dünyanın sonu 2027-ci ildə gələ bilər. Bu tarix Malakinin proqnozlarının başlanğıc ili olaraq qəbul edilən 1585-ci ilə 442 il əlavə edilərək əldə edilən bir tarixdir.
Bəzi tarixçilər və ilahiyyatçılar bu mətnin Müqəddəs Malaki tərəfindən yazılmadığını, 16-cı əsrdə papa seçkilərinə təsir etmək üçün yazılmış ola biləcəyini iddia edir. Müqəddəs Malaki 12-ci əsrdə İrlandiyada yaşamış arxiyepiskopdur. O, Roma Kilsəsini İrlandiya Kilsəsi ilə uyğunlaşdırmaq üçün etdiyi islahatlarla tanınır.
Roza

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma