Dünya
İran ABŞ-ı təhdid etdi: Bədəli ağır olacaq

İranın xarici işlər naziri Abbas Əraqçi mümkün müharibənin bədəlinin ABŞ iqtisadiyyatı üçün ağır olacağını bildirib.
Publika.az xəbər verir ki, Əraqçinin Nyu Cersidəki Karnegi Fondunda “Beynəlxalq Nüvə Siyasəti” mövzusunda verəcəyi çıxış ləğv edilib.
Əraqçi daha sonra konfransda çatdıracağı mətni sosial media hesabında paylaşıb. O, paylaşımında mümkün razılaşmada ABŞ ilə iqtisadi əlaqələri xüsusilə vurğulayıb:
"İran ABŞ-la iqtisadi və elmi əməkdaşlığa heç vaxt mane olmayıb. Əsl maneə tez-tez müəyyən nüfuzlu dairələrin təsiri altında hərəkət edən ABŞ-ın əvvəlki administrasiyaları olub. ABŞ şirkətləri İranın trilyonlarla dollarlıq imkanından yararlana bilərlər".
Əraqçi ABŞ ilə də nüvə ticarəti edə biləcəklərini qeyd edib: "İranın Buşəhr AES-də hazırda yalnız bir aktiv reaktor var. Bizim uzunmüddətli planımız ən azı 19 reaktor tikməkdir. Bu o deməkdir ki, potensial olaraq on milyardlarla dollarlıq müqavilələr mövcuddur. Tək İran bazarı Amerika nüvə sənayesini canlandırmaq üçün kifayət qədər böyükdür".
İranlı nazir sanksiyaların ləğvi müqabilində ABŞ ilə yeni nüvə anlaşmasına hazır olduqlarını bildirib. Qeyd edib ki, İranla razılaşma və sanksiyaların aradan qaldırılması ABŞ şirkətləri üçün trilyonlarla dollarlıq iqtisadi imkanlar təmin edə, əks halda isə Amerika iqtisadiyyatına ağır baha başa gələ bilər.
Roza

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma