Dünya
Heç kim Zelenskidən bunu tələb etmir - Trampdan Krımla bağlı açıqlama

“Krım illər əvvəl Prezident Barak Obamanın himayəsi altında itirilib və müzakirə mövzusu da deyil”.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımın işğalını hüquqi olaraq tanımayacaqlarına dair açıqlamasına istinad edərək, bu bəyanatın Rusiya ilə aparılan sülh danışıqlarına xələl yetirdiyini bildirib.
“Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə niyə on bir il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı? Ərazidə həmçinin, Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas sualtı bazaları da olub. Məhz Zelenskinin bu açıqlaması kimi qızışdırıcı bəyanatlar müharibənin həllini çətinləşdirir. Onun öyünmək üçün bir şeyi yoxdur. Ukrayna üçün vəziyyət ağırdı”, - deyə Tramp qeyd edib.
O bildirib ki, əsas məsələ heç bir səbəb olmadan həftədə orta hesabla itirilən beş min rus və ukraynalı əsgəri xilas etməkdir: “Zelenskinin bu gün verdiyi bəyanat “ölüm meydanı”nı uzatmaqdan başqa heç nə etməyəcək və bunu heç kim istəmir".

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma