Bütün ölkə bundan danışır: Fermer milyardlarla manat dəyərində qızıl tapdı
Bizi izləyin

Dünya

Bütün ölkə bundan danışır: Fermer milyardlarla manat dəyərində qızıl tapdı

Fransanın Auvergne bölgəsində bir fermerə məxsus torpaqda təxminən 4 milyard avro dəyərində nəhəng qızıl ehtiyatı aşkar edilib.

Publika.az xəbər verir ki, Mişel Düpon adlı fermer təsərrüfat sahəsində qazıntı zamanı aşkar etdiyi qızılla bağlı səlahiyyətlilərə məlumat verib.

Hadisə yerinə gələn geoloqların ətraflı araşdırması nəticəsində məlum olub ki, yerin altında 150 tondan çox qızıl ehtiyatı var. Mütəxəssislər bu qızıl yataqlarının təxminən 4 milyard avro dəyərində olduğunu təxmin edirlər. Kəşf son illərdə Fransada əldə edilən ən böyük qızıl tapıntılarından biri kimi qeydə alınıb.

Lakin rəsmi orqanlar bölgənin təbii quruluşunu qorumaq üçün ətraf mühitə təsirlərin araşdırılmasını istəyib. Bu səbəbdən hazırda qızılın çıxarılmasına icazə verilmir. Fransada yeraltı sərvətlərin istismarı dövlət nəzarəti altında həyata keçirilir.

İqtisadçıların fikrincə, bu qızıl ehtiyatı işə salınarsa, region iqtisadiyyatını xeyli yüksəldə və yüzlərlə insanı işlə təmin edə bilər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm