Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR
Bizi izləyin

Dünya

Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR

Həyatlarını nümayiş etdirmək və sosial şəbəkələrdə “like”lar əldə etmək istəyi bəzilərini iyrənc hərəkətlərə sövq edir. Bu, Papa Fransisklə vida mərasimində onun tabutunun qarşısında selfi çəkdirənlərin hərəkətlərində bir daha aydın oldu.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.

Təxminən 20.000 mömin mərhum papaya ehtiramlarını bildirsə də, bəziləri Papa Fransiskin tabutu önündə iyrənc selfilər çəkərək onları sosial şəbəkələrdə yerləşdirməklə qəzəb doğurub.

"İnstagram"dakı bir görüntüdə hicablı qadın kameraya gülümsəyir. Bir çox möminlər bu davranışı iyrənc hesab ediblər.

Uimbldondan olan Ketrin Qilsenan deyib ki, dəfn mərasimindəki ab-havanı yersiz fotoşəkillər çəkdirənlər korlayıb.

Dəfn mərasiminin ilk günündən çəkilən fotoşəkillərdə tabutu əhatə edən, başlarının üstündə havada telefon tutan insanların izdihamı görünür. Bəziləri hətta ən yaxşı kadrı əldə etmək üçün selfi çubuqlarını çıxardıb.

Bazilikada Fransiskin cəsədinin qarşısına toplaşan izdiham onlardan selfi çubuqlarını yerə qoymalarını istəsə də, buna məhəl qoyan olmayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm