İslamabad bəyanat yaydı: Dehli terrordan belə yararlanır
Bizi izləyin

Dünya

İslamabad bəyanat yaydı: Dehli terrordan belə yararlanır

Pakistan Senatı yekdilliklə Cammu və Kəşmirin (Hindistanın şimalı) ittifaq ərazisində törədilən terror aktında İslamabadın hər hansı rolunu inkar edən qətnamə qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə “Dawn” portalı məlumat yayıb. Bəyanatda bildirilir ki, Pakistanı Pahalqam şəhərindəki hücumla əsassız şəkildə əlaqələndirilməsi cəhdlərini tanımır.

Yuxarı Palata həmçinin "Hindistan hökumətinin manipulyasiya, vicdansız kampaniyasını" pisləyib.

İslamabad əmindir ki, “Dehli terrordan öz xeyrinə istifadə edir”. Qətnamə həmçinin "Hind Suları Müqaviləsi”nin qeyri-qanuni və birtərəfli dayandırılmasını da pisləyir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm