Dünya
Zelenskidən Trampa CAVAB: "Dünya bu işdə bizi dəstəkləyir"

“Ukrayna qanuni olaraq heç bir müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın ərazisi kimi tanımayacaq və bu mövqe dəyişməz olaraq qalır. Ölkənin NATO-ya daxil olması isə Alyansın bütün üzvlərinin dəstəyindən asılıdır”.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
“ABŞ Prezidentinin bəyanatını ətraflı şərh etmək istəməzdim. Bizim mövqeyimiz dəyişməzdir - hansı ərazilərin Ukraynaya aid olduğuna yalnız Ukrayna xalqının qərar vermək hüququ var. Ukrayna Konstitusiyasında isə deyilir ki, bütün müvəqqəti işğal olunmuş ərazilər müvəqqəti işğal olunub, onların hamısı Ukraynaya məxsusdur”, - deyə Zelenski bildirib.
Onun fikrincə bu, tamamilə ədalətli mövqedir və beynəlxalq hüquq baxımından qanunidir:
“Dünya bu işdə bizi dəstəkləyir. Hətta bizimlə Rusiya arasında daim balans saxlayan ölkələr belə Ukraynanın, o cümlədən Krım yarımadasının ərazi bütövlüyünü və suverenliyini tanıyırlar”.
Zelenski əlavə edib ki, Ukrayna komandası avropalı həmkarları ilə birlikdə Londonda öz mövqelərini ifadə edib.
“Mənə elə gəlir ki, bizim NATO ilə bağlı mövqeyimiz balanslaşdırılmış və aydındır. Təəssüf ki, bu, müttəfiqlərin dəstəyindən asılıdır. Əgər bütün NATO üzvlərindən dəstək olarsa, o zaman tərəfdaşların razılaşdığı və ya razılaşmadığı addıma keçə bilərik”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında imzalanan sülh sazişi çərçivəsində Krımın Rusiya kimi tanınacağını açıqlamışdı. Onun sözlərinə görə, Prezident Vladimir Zelenski bunu başa düşür.
Tramp Ukraynanın NATO-ya üzv olmaq istəyi barədə isə bunları demişdi: “Düşünürəm ki, Ukrayna nə vaxtsa NATO-ya üzv ola biləcək. Məncə, müharibə Ukrayna NATO-ya daxil olmaq haqqında müzakirə aparanda başladı”.

-
Region04:44
Türkiyədə toyda DƏHŞƏT: disko topu gəlinin üstünə düşdü - VİDEO
-
Magazin203:13
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
-
Magazin102:42
12 xalı bu ölkəyə verdik - VİDEO
-
Sosial01:11
Arzu Əliyeva Naxçıvan səfərindən VİDEO PAYLAŞDI
-
Art00:30
Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Risk edə bilərsiniz
-
Sosial00:00
Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"
-
Elm və təhsil17 May 22:12
İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdılar - VİDEO