Moskva silah satışı barədə beynəlxalq sənədə qarşı çıxdı
Bizi izləyin

Dünya

Moskva silah satışı barədə beynəlxalq sənədə qarşı çıxdı

Moskva silah ticarətini tənzimləyən beynəlxalq müqaviləni imzalamaq niyyətində deyil.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Kommersant” qəzetinə Rusiya Federasiyası hökumətinə yaxın mənbə bildirib.

Silah ticarətini tənzimləyən beynəlxalq müqavilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2014-cü ilin aprelində qəbul edilib. Sənədə yalnız Koreya Xalq Demokratik Respublikası, İran və Suriya qarşı çıxıb. Rusiya neytral qalan 23 ölkədən biridir. Müqaviləni hazırda 125 ölkə imzalayıb.

“Kommersant” qəzetinə danışan məndə bildirib ki, Moskvanın müqaviləni imzalamamasının səbəbi onun tələbinin nəzərə alınmamasıdır. Bu ilk növbədə “legitim qeyri-dövlət subyektləri”nə silahların çatdırılmasının qadağan olunmasıdır.

“Sənəd silahın problemli rejimlərə satışını məhdudlaşdırır, amma öz hökumətlərinə qarşı vuruşan müxalifətə silah ötürülməsini məhdudlaşdırmır”, - mənbə Rusiya nəşrinə danışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm