Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək
Bizi izləyin

Dünya

Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək

Yunanıstan hökuməti Türkiyə sərhədi yaxınlığında yerləşən Meriçdə əhalinin canlanmasına kömək etmək üçün 10 min avroluq (19 min manat) məskunlaşma təşviqi proqramına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, sözügedən təşviq proqramı hələlik gözlənilən nəticəni verməyib. Meriçin Kumçiftliği bələdiyyə sədri Diamantis Papadopulos müraciət edənlərin əsasən başqa şəhərlərdə yaşayan Evros əsilli ailələr olduğunu söyləyib. "Əvvəlcə müəyyən maraq var idi, lakin zaman keçdikcə azaldı", - deyə o bildirib.

Soufli bələdiyyə sədri Panagiotis Kalakikos da iş imkanlarının olmaması səbəbindən proqrama az diqqət yetirildiyini vurğulayıb:

"Məsələ ilə yanaşı məşğulluq imkanları da olmalıdır. Heç kim bura sadəcə 10 min avroya gəlməz. Əhalinin daimi olaraq artırılması üçün iqtisadi təşviqlərlə yanaşı məşğulluq imkanları da təmin edilməlidir".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm