Bu, sivilizasiya üçün qələbədir - ABŞ-dan PKK-nın ləğvinə REAKSİYA
Bizi izləyin

Dünya

Bu, sivilizasiya üçün qələbədir - ABŞ-dan PKK-nın ləğvinə REAKSİYA

ABŞ-ın Türkiyədəki səfirliyi PKK terror təşkilatının ləğv edilməsini alqışlayaraq bunu “sivilizasiya üçün qələbə” kimi qiymətləndirib.

Publika.az xəbər verir ki, diplomatik missiyanın sosial şəbəkə hesabında bu barədə bəyanat paylaşılıb.

“Terrorçu qrupların silahı yerə qoyması sivilizasiya üçün hər zaman qələbə təşkil edir. PKK-nın ləğv qərarı bir dönüş nöqtəsi xarakterindədir”, – bəyanatda qeyd olunub.

Qeyd edilib ki, Amerika Birləşmiş Ştatları daimi sülh və təhlükəsizlik yolunda irəliləyən NATO müttəfiqimiz Türkiyənin yanındadır.

Bəyanatda ABŞ-ın dövlət katibinin türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı apararaq bir daha dəstəyini ifadə etdiyi də vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm