Tripolidə silahlı toqquşmalar baş verdi: Xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
Bizi izləyin

Dünya

Tripolidə silahlı toqquşmalar baş verdi: Xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO

Liviyanın paytaxtı Tripolidə baş vermiş toqquşmalar nəticəsində azı altı nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Liviya Milli Birlik Hökumətinin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Tripolidə hərbi əməliyyat uğurla başa çatıb.

***

Liviyanın paytaxtı Tripolidə atəş səsləri eşidilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Misurata briqadasının dəstəklədiyi 444-cü döyüş briqadası və Təhlükəsizliyin və Sabitliyin Qorunması Aparatı arasında toqquşmalar davam edir.

Toqquşmalar aparatın rəhbəri Əbdülqəni əl-Kiklinin öldürülməsindən sonra başlayıb.

Daxili İşlər Nazirliyi münaqişə zonalarına yaxın ərazilərdə yaşayan sakinləri evdə qalmağa və mümkün qədər ehtiyatlı olmağa çağırıb.

Paytaxtın Mitiqa hava limanının fəaliyyətinin dayandırıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm