Bu il dünyada 128 jurnalist ölüb - SİYAHI
Bizi izləyin

Dünya

Bu il dünyada 128 jurnalist ölüb - SİYAHI

Bu il dünyanın 32 ölkəsində 128 jurnalist həlak olub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Press Emblem Campaign” təşkilatının məruzəsində qeyd olunub.

Təşkilatın məlumatına görə, Ukrayna ərazisində kütləvi informasiya vasitələrinin 9 əməkdaşı həlak olub. Jurnalistlər üçün ən təhlükəli yerin Qəzza olduğu bildirilir. Burada il ərzində 16 jurnalist həlak olub. Qəzzanı Suriya (13), Pakistan (12), İraq (10), Ukrayna (9), Meksika (8), Əfqanıstan (6), Honduras (5), Somali (5), Braziliya (4) və Mərkəzi Afrika Respublikası (4) izləyir.

Bir məqamı qeyd edək ki, Ukraynada ölən jurnalistlərdən 4-ü Rusiya vətəndaşıdır.

Məruzədə vurğulanır ki, 2014-cü ildə jurnalist ölümləri ən çox Yaxın Şərq regionunda qeydə alınıb. Burada 46 jurnalist həlak olub. Asiyada 31, Latın Amerikasında 27, Afrikada 14 və Avropada 10 jurnalist ölüb.

Cenevrədə yerləşən “Press Emblem Campaign” təşkilatı tərəfindən açıqlanan statistikaya görə, dünyada son beş il ərzində orta hesabla hər il 123 jurnalist həlak olub. Doqquz ildə ölənlərin sayı min nəfəri keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm