Ərdoğan:“İraqdakı vəziyyət xeyir əlamət deyil“
Bizi izləyin

Dünya

Ərdoğan:“İraqdakı vəziyyət xeyir əlamət deyil“

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə İraqın şimalındakı regional hökumətin lideri Məsud Bərzaniylə görüşü haqda məlumat verib.

Publika.az trtazerbaycan.com-a istinadən xəbər verir ki, Ərdoğan İraqdakı prosesləri müzakirə etdiklərini bildirib və "İraqdakı proseslər xeyir əlamət deyil" deyib:

"Suriyaya yanaşmamız üst-üstə düşür. PKK ilə bağlı yanaşmamız da eynidir. Hörmətli Bərzani bu məsələdən narahatlığını dilə gətirdi".

Baş nazir BMT-nin Suriyadakı müşahidəçilərinin sayını 30-dan 300-ə qədər artırmasını da bu sözlərlə dəyərləndirib:

"Say məsələsində son qərar BMT-nindir. Oraya gedən müşahidəçilər sayın artması və ya azalması haqda qərar verəcəklər. Əlbəttə, Əsəd rejimi müşahidəçilərin fəaliyyətinə imkan verəcəkmi, bunu bilmirik. Artıq yoxluq əlamətləri görünməyə başlayıb. İstehsal dayanma həddindədir. Büdcə ilə bağlı problemlər var. Xalqın iradəsi iqtidar olmadığı müddətcə bu davam edəcək. Suriya xalqı bu sistemdən qurtulmaq qərarı verib".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm