Putinin sui-qəsd qorxusu: Kremldən çıxmır, görün harada gizlənir
Bizi izləyin

Dünya

Putinin sui-qəsd qorxusu: Kremldən çıxmır, görün harada gizlənir

İddialara görə, Putin sui-qəsd qorxusu səbəbindən Kremlin möhkəm təhlükəsizlik mexanizmindən çıxmaqdan yayınır.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” qəzeti yazıb.

İddia olunu ki, Rusiya lideri Kremli nadir hallarda tərk edir. Çünki o, Kremlə müxalif mövqedə olanlara və ya yaxın çevrəsindəki insanlara etibar etmir. Həmçinin, 72 yaşlı lider sui-qəsd qorxusu səbəbindən ehtiyat tədbirlərini də artırıb.

Mütəxəssislər iddia edir ki, Putin Ukrayna lideri Vladimir Zelenski ilə qarşılaşmaqdan tərəddüd etdiyi üçün Türkiyədə keçirilən sammitə qatılmayıb. Qərb kəşfiyyatı isə Putinin təkcə sui-qəsddən qorxmadığını, həm də özünü müharibə siyasətindən də xoflandığını irəli sürür.

Hətta iddialara görə, Rusiya lideri 2023-cü ildə gülləkeçirməz jilet geyinməyə başlayıb. Həmçinin o, öz mühafizəçilərinə də güvənmir. Gizli mənbələrdən əldə edilən məlumata görə, Putin tez-tez öz təhlükəsizlik xidmətlərinə harada olması barədə yalan məlumatlar verir.

Britaniyanın rus kəşfiyyatçı analitiki xəbərdarlıq edib ki, Rusiyada Putin üçün işlər pisdir və Moskvada yaxşı qərarlar qəbul edə bilməyən liderin başına nə gələcəyi aydındır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm